Azərbaycanın veteran futbolçusu Qəhrəman Əliyev vəfat edib.
BUTA.TV xəbər verir ki, bir müddət öncə insult keçirən 63 yaşlı veteran komadan ayımayıb.
Qeyd edək ki, Qəhrəman Əliyev 11 avqust 1959-cu ildə Masallıda doğulub. O, ən böyük nailiyyətlərini yerli "Viləş" və "Şəmkir" komandalarında əldə edib. "Viləş"ə bürünc medal qazandırmış mütəxəssis "Şəmkir"lə çempion olmağı bacarıb.
O, həm də Azərbaycan Premyer Liqasında 381 oyunla ən çox oyun keçirmiş baş məşqçi isi.
Q.Əliyev 1983- 1985-ci illərdə “Neftçi”nin formasını geyinib. Əliyev “Avtomobilçi” (Bakı) (1976-1981), “SKA Xabarovsk” (1981-1983), “Gənclik” (Bakı) (1985-1986), “Avtomobilçi” (Mingəçevir) (1986-1987) klublarının da heyətində çıxış edib.
Allah rəhmət eləsin!
- Zöhrab Qədirova yüksək vəzifə verildi
- Zabratda su xəttində qəza aradan qaldırıldı
- Səhiyyə Nazirliyi vətəndaşlara xəbərdarlıq etdi
- ADY sədrinin müavini: Dayanıqlı Orta Dəhliz üçün bu vacibdir
- Bu ərazilərə qar yağır
- Baş nazirdən yeni qərar
- Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı
- Polis 26 yaşlı bu qadını axtarır - Foto