Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda təşkil olunan aksiya ərazisindən sərbəst hərəkət edirlər.
BUTA.TV xəbər verir ki, bu dəqiqələrdə Laçından Xankəndi istiqamətində hərəkət edən sülhməramlılara məxsus 7 təminat avtomobilinin aksiya ərazisindən sərbəst keçidi təmin olunub.
Bu, bir daha onu göstərir ki, aksiya heç də siyasi xarakter daşımır və Laçın-Xankəndi yolu humanitar məqsədlər üçün açıqdır.
Xatırladaq ki, azərbaycanlı ekofəallar Qarabağda faydalı qazıntı yataqlarının istismarına qarşı Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda ötən il dekabrın 12-dən dinc aksiyaya başlayıblar.
- Zöhrab Qədirova yüksək vəzifə verildi
- Zabratda su xəttində qəza aradan qaldırıldı
- Səhiyyə Nazirliyi vətəndaşlara xəbərdarlıq etdi
- ADY sədrinin müavini: Dayanıqlı Orta Dəhliz üçün bu vacibdir
- Bu ərazilərə qar yağır
- Baş nazirdən yeni qərar
- Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı
- Polis 26 yaşlı bu qadını axtarır - Foto