Ukrayna Prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının bir neçə rusiyalıya qarşı sanksiyaların tətbiqi ilə bağlı qərarlarının icrası barədə fərman imzalayıb.
BUTA.TV xəbər verir ki, o, bu Teleqram kanalında videomüraciətində bildirib.
"Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarlarının icrası ilə bağlı üç fərman imzaladım. Ukraynalı uşaqların oğurlanmasında iştirak edən ruslara qarşı, idmanı təcavüzkarlığın xidmətinə verməyə çalışan Rusiya idman sektorunun nümayəndələrinə qarşı... Həm də Ukraynaya qarşı müharibə üçün Rusiyada muzdlu strukturların saxlanmasına kömək edənlərə qarşı...”, - prezident qeyd edib.
- Zöhrab Qədirova yüksək vəzifə verildi
- Zabratda su xəttində qəza aradan qaldırıldı
- Səhiyyə Nazirliyi vətəndaşlara xəbərdarlıq etdi
- ADY sədrinin müavini: Dayanıqlı Orta Dəhliz üçün bu vacibdir
- Bu ərazilərə qar yağır
- Baş nazirdən yeni qərar
- Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı
- Polis 26 yaşlı bu qadını axtarır - Foto