Gəncədə qəbiristanlıqlardan oğurluq etmək istəyən cinayət başında saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan BUTA.TV-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinə şəhər ərazisindəki qəbiristanlıqlardan birində gecə saatlarında naməlum şəxsin olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər keçirib və bu zaman qəbiristanlıqdakı metal güldanları oğurlamaq istəyən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlkin İbrahimov saxlanılıb.
Maddi sübutlarla birlikdə istintaqa təhvil verilən İ.İbrahimov törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
- WUF13-ə hazırlıq prosesi üzrə media brifinq keçirildi
- FHN Zəngəzur Milli Parkında təlim keçirdi - Video
- İranla sərhəddə atəş açıldı: DSX hərəkətə keçdi - Foto
- Sabah Bakıya qar yağacaq
- Naxçıvanda mühüm vəzifə Fazil Məmmədova tapşırıldı
- Daşkəsən və Göygöldə aqrar inkişafa dəstək: yekun hesabat...
- Xəstəxanada əməliyyat: komissiya sədri saxlanıldı - Foto
- Mehdiyevin evindən 17 milyonu tapıldı, bu, 10 film deməkdir