Ermənistana “birbaşa xarici investisiya”nın həcmi ötən il 998,1 milyon dollara qalxıb.
BUTA.TV xəbər verir ki. Bu sözləri Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan deyib.
O bildirib ki, 2021-ci ildə bu rəqəm 366,4 milyon dollar idi. Bu, bir il ərzində Ermənistan iqtisadiyyatına birbaşa investisiyanın təxminən 3 dəfəyə yaxın artması deməkdir.
Nazir bu “xarici investisiya”nın hansı ölkələrdən olduğunu isə açıqlamayıb. Çünki bu zaman Ermənistanın Rusiyaya qarşı sanksiyalardan milyardlar əldə etdiyi üzə bir daha üzə çıxacaq.
Qeyd edək ki, Ermənistan AB-nin Rusiyaya sanskiyalarından maksimum bəhrələnan əsas ölkədir. Belə ki, 2022-ci ildə Ermənistanın Rusiyaya ixracında yaşanan bir neçə dəfəlik artım artıq Qərbin də diqqətini çəkir və Avropa mediası İrəvanın Rusiyaya sanksiyalardan yan keçməsində ciddi dəstək verdiyini bildirir.
Rusiya oliqarxları isə sanksiyalardan qorunmaq üçün Ermənistanı seçirlər və bura yatırım edirlər.
- Tramp azərbaycanlı tələbəni azad etdirdi
- "Bakı Bus" Naxçıvanda fəaliyyətə başlayacaq
- 43 yaşlı həkim əməliyyatdan sonra öldü - Foto
- Hərbçilərə ödənilən pul təminatı artırıla bilər
- General işdən getmək üçün raport yazdı - Səbəb
- Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi
- 15 metrlik elektrik dayağından yıxılaraq öldü
- Poladəritmə sexində partlayış: xəsarət alanlar var