Azərbaycanın bəzi bölgələrində yağan yağışlarla əlaqədar bəzi çaylarda sululuq bir qədər artıb.
BUTA.TV xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin aprelin 8-i saat 18:00-a olan məlumatına əsasən, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Ağstafa, Tovuz, Gəncə, Şəmkir, Ceyrançöl, İsmayıllı, Oğuz, Balakən, Zaqatala, Şəki, Mingəçevir, Xınalıq, Ləzə, Şirvan, Qax, Qrız, Yevlaxda arabir yağış, Şahdağda isə qar yağıb.
Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, avtomat hidroloji stansiyalardan əldə olunan məlumata əsasən, bu gün Böyük Qafqaz ərazisindən axan Katexçay-Qəbizdərə məntəqəsində suyun səviyyəsində 11 sm, Qudiyalçay-Qımıl, Vəlvələçay-Afurca və Qaraçay-Rük məntəqələrində 1 sm, Kiçik Qafqaz ərazisindən axan Əsrikçay-Əsrikcırdaxan məntəqəsində 2 sm, Kür çayının Qıraqkəsəmən və Qabırrı çayının Kəsəmən məntəqələrində isə 1 sm artım müşahidə olunub.
A.Verdiyev qeyd edib ki, aprelin 8-i axşam saatlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi, 9-u gün ərzində ölkə ərazisində hava şəraitinin mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir.
- WUF13-ə hazırlıq prosesi üzrə media brifinq keçirildi
- FHN Zəngəzur Milli Parkında təlim keçirdi - Video
- İranla sərhəddə atəş açıldı: DSX hərəkətə keçdi - Foto
- Sabah Bakıya qar yağacaq
- Naxçıvanda mühüm vəzifə Fazil Məmmədova tapşırıldı
- Daşkəsən və Göygöldə aqrar inkişafa dəstək: yekun hesabat...
- Xəstəxanada əməliyyat: komissiya sədri saxlanıldı - Foto
- Mehdiyevin evindən 17 milyonu tapıldı, bu, 10 film deməkdir