Vaxtaşırı olaraq Rusiyaya neqativ münasibət bəsləyən qüvvələr, açıq desək, Qərb Rusiyanın Cənubi Qafqazdan çıxacağı barədə rəvayətlər danışır. NATO-nun keçmiş rəhbəri Rasmussen yapon qəzeti üçün yazdığı məqalədə bildirmişdi ki, Ermənistan tək qalıb və onu qoruyan yoxdur. Tutaq ki, keçmiş baş katib doğrudan da haqlıdır. Bəs, sülhməramlı kim olacaq? Hansı tərəfdə? Yaxud hansı xalq ermənilər və azərbaycanlılar arasında dayanacaq?
BUTA.TV xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında rusiyalı sosioloq, beynəlxalq məsələlər üzrə ekspert Aleksey Tokarev deyib.
O bildirib ki, erməni və azərbaycanlılar arasında məhz rus sülhməramlılar dayanır və onların öz vəzifələrini yerinə yetirməməsi barədə söz-söhbətlər qəribədir:
“Avropalı siyasətçilərin işi Ermənistan sərhədinə qədər gəlmək, blokposta toxunmaq, selfi çəkmək, “Laçın dəhlizi mütləq açılmalıdır” demək və getməkdir. Budur avropalı siyasətçilərin məsuliyyəti”.
Tokarev qeyd edib ki, Rusiya selfi çəkməklə məşğul olmur:
“Qarabağın de-fakto “erməni” qalmasına görə rus sülhməramlılara minnətdar olmaq lazımdır”.
- WUF13-ə hazırlıq prosesi üzrə media brifinq keçirildi
- FHN Zəngəzur Milli Parkında təlim keçirdi - Video
- İranla sərhəddə atəş açıldı: DSX hərəkətə keçdi - Foto
- Sabah Bakıya qar yağacaq
- Naxçıvanda mühüm vəzifə Fazil Məmmədova tapşırıldı
- Daşkəsən və Göygöldə aqrar inkişafa dəstək: yekun hesabat...
- Xəstəxanada əməliyyat: komissiya sədri saxlanıldı - Foto
- Mehdiyevin evindən 17 milyonu tapıldı, bu, 10 film deməkdir