Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, hadisə rayonun Aşağı Öysüzlü kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan VAZ 2106 markalı avtomobil VAZ 2107 markalı avtomobillə toqquşub.
Nəticədə VAZ 2107 yol kənarındakı avtomobil sexinə çırpılıb. Avtomobildə olan sərnişin, Tovuz rayon sakini 22 yaşlı Amil Hüseynov xəsarət alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
- Tramp azərbaycanlı tələbəni azad etdirdi
- "Bakı Bus" Naxçıvanda fəaliyyətə başlayacaq
- 43 yaşlı həkim əməliyyatdan sonra öldü - Foto
- Hərbçilərə ödənilən pul təminatı artırıla bilər
- General işdən getmək üçün raport yazdı - Səbəb
- Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi
- 15 metrlik elektrik dayağından yıxılaraq öldü
- Poladəritmə sexində partlayış: xəsarət alanlar var