Türkiyə Ukrayna münaqişəsində neytral mövqe tutur, həm Kiyev, həm də Moskva ilə işgüzar əlaqələr saxlayır. Bu baxımdan onun sülh danışıqları platformasına çevrilmək şansı neytral siyasətini itirmiş Avstriya və ya İsveçrədən daha çoxdur.
BUTA.TV xəbər verir ki, bunu Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysla deyib.
“Məncə, sülh müqaviləsi və danışıqlar (Ukrayna ilə bağlı - red.) haradasa İstanbul və ya Antalya ərazisində olacaq.
Həm Avstriya, həm də İsveçrə neytral ölkələrdir, lakin onlar bu neytral xarici siyasətini itiriblər. Ukrayna məsələsində Avstriya tərəflərdən birinə açıq şəkildə dəstək verir. Macarıstan və Türkiyə kimi NATO ölkələri isə de-yure deyil, faktiki olaraq daha neytral xarici siyasət sxeminə riayət edirlər”, - o bildirib.
- Sərəncam: Qurumlarda süni intellektlə bağlı müavin...
- Azərbaycan vətəndaşı Türkiyədə faciəvi şəkildə öldü - Foto
- Vüsalənin də verilişi bağlanır?
- İlham Əliyev sərəncam imzaladı
- Prezidentdən mühüm fərman
- Əlilliyi olan 6100 şəxsə evlərində reabilitasiya xidməti göstərilir
- Bu xanıma yüksək vəzifə verildi
- Dövlət Komitəsinin 8 Mart tədbiri ləğv olundu