Fəaliyyətim dönəmindəki qanun pozuntuları ilə bağlı elə qanun çərçivəsində qiymət verilib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev fəaliyyəti dövründəki nöqsanlarla bağlı sualı cavablandırarkən deyib.
O bildirib ki, günahkarlar öz cəzasını çəkiblər:
"Bu, təbii prosesdir. Ölkədə bu cür məsələlərlə bağlı mübarizə gedir".
Keçmiş nazir düşünür ki, Azərbaycan mədəniyyətinin dünya miqyasında tanınması üçün işlər görülməlidir:
"Prezident İlham Əliyev və Mehriban Əliyevanın diqqəti sayəsində mədəniyyət sahəsi daha da inkişaf edəcək".
"İndi müəllim kimi fəaliyyət göstərirəm, baş verən yenilikləri də izləyirəm. Əminəm ki, yeni təyin olunmuş şəxslər buna layiqdirlər və onlar var qüvvə ilə çalışmalıdırlar. İndiki dövrdə Azərbaycan mədəniyyətinin dünya miqyasında tanınması üçün işlər görülməlidir", - o, əlavə edib.
- Sərəncam: Qurumlarda süni intellektlə bağlı müavin...
- Azərbaycan vətəndaşı Türkiyədə faciəvi şəkildə öldü - Foto
- Vüsalənin də verilişi bağlanır?
- İlham Əliyev sərəncam imzaladı
- Prezidentdən mühüm fərman
- Əlilliyi olan 6100 şəxsə evlərində reabilitasiya xidməti göstərilir
- Bu xanıma yüksək vəzifə verildi
- Dövlət Komitəsinin 8 Mart tədbiri ləğv olundu