İranda son etiraz aksiyalarında həbs edilən Güney azərbaycanlı gənc Səhənd Nurməhəmmədzadə Tehranın təhlükəsizlik idarəsinin təcridxanasına köçürülüb.
BUTA.TV xəbər verir ki, bu barədə gəncin ailəsi məlumat verib.
Bir həftədən uzun müddətdir övladları barədə heç bir məlumat ala bilmədiklərini deyən ailəsi Səhəndin həyatından nigaran olduqlarını bildiriblər.
Qeyd edək ki, Tehranın İnqilab Məhkəməsi güneyli idmançı Səhənd Nurməhəmmədzadəni öncə edama məhkum etmişdi. O, barəsində çıxarılan qərardan şikayət etdikdən sonra ölüm hökmü 10 il azadlıqdan məhrumetmə, 5 il sürgün və 74 şallaq cəzası ilə dəyişdirilmişdi.
- Sərəncam: Qurumlarda süni intellektlə bağlı müavin...
- Azərbaycan vətəndaşı Türkiyədə faciəvi şəkildə öldü - Foto
- Vüsalənin də verilişi bağlanır?
- İlham Əliyev sərəncam imzaladı
- Prezidentdən mühüm fərman
- Əlilliyi olan 6100 şəxsə evlərində reabilitasiya xidməti göstərilir
- Bu xanıma yüksək vəzifə verildi
- Dövlət Komitəsinin 8 Mart tədbiri ləğv olundu