İnsanlar hələ də gözlənilən uzun ömür həddinə yaxınlaşmayıblar.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, ABŞ Corciana Universitetinin mütəxəssisləri insanın 122 ildən çox yaşaya biləcəyini müəyyən edib.
122 il 1997-ci ildə vəfat edən Janne Calmentin yaşadığı maksimum qeydə alınan yaşdır. Alimlər hesab edirlər ki, 2060-cı ilə qədər insanın ömrü 150 ilə qədər uzanacaq.
Tədqiqatçılar 19 inkişaf etmiş ölkədə, o cümlədən Yaponiya, ABŞ, Avstraliya və digərlərində 50-100 yaş arası insanlar haqqında məlumatları təhlil edərək bu qənaətə gəliblər.
“1900-1950-ci illər arasında doğulmuş insanlar ölüm nisbətində tarixdə görünməmiş bir gecikmə yaşayırlar. Bu qrup insanlar növbəti onilliklərdə qocalığa çatdıqca, uzunömürlülük nisbətləri əhəmiyyətli dərəcədə arta bilər. Nəticələrimiz təsdiqləyir ki, əgər insan ömrünün maksimum həddi varsa, biz hələ ona yaxınlaşmamışıq”, - alimlər bildirib.
- Sərəncam: Qurumlarda süni intellektlə bağlı müavin...
- Azərbaycan vətəndaşı Türkiyədə faciəvi şəkildə öldü - Foto
- Vüsalənin də verilişi bağlanır?
- İlham Əliyev sərəncam imzaladı
- Prezidentdən mühüm fərman
- Əlilliyi olan 6100 şəxsə evlərində reabilitasiya xidməti göstərilir
- Bu xanıma yüksək vəzifə verildi
- Dövlət Komitəsinin 8 Mart tədbiri ləğv olundu