Kamçatkada yerləşən Şiveluç vulkanında püskürmə qeydə alınıb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vulkanologiya və Seysmologiya İnstutunun məlumatında deyilir.
Bildirilib ki, 11 aprel tarixində püskürən vulkanın tüstüsü 15 km-ya qədər çatır.
“Siveluç vulkanının püskürməsi paroksizmal mərhələyə (yamaclardan lava axınının qeydə alınması) çatıb. Əlverişsiz hava şəraiti – qasırğa səbəbindən videomüşahidə aparmaq çətinləşib. Hesablamalara görə, vulkanın tüstü buludu 15 km təşkil edib”, - deyə bildirilib.
İnstitut qeyd edib ki, hazırda vulkan aviasiya üçün ən yüksək “qırmızı” təhlükə kodu ilə təsnifatlandırılıb.
- Sərəncam: Qurumlarda süni intellektlə bağlı müavin...
- Azərbaycan vətəndaşı Türkiyədə faciəvi şəkildə öldü - Foto
- Vüsalənin də verilişi bağlanır?
- İlham Əliyev sərəncam imzaladı
- Prezidentdən mühüm fərman
- Əlilliyi olan 6100 şəxsə evlərində reabilitasiya xidməti göstərilir
- Bu xanıma yüksək vəzifə verildi
- Dövlət Komitəsinin 8 Mart tədbiri ləğv olundu