Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 13 nəqliyyat vasitəsi Laçın yolundan keçib.
BUTA.TV xəbər verir ki, BQXK-yə məxsus 8 minik, 5 yük avtomobili Laçın istiqamətinə maneəsiz keçid edib. Minik avtomobillərində erməni əsilli sakinlər olub.
Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.
Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 121 gündür davam edir.
- Sərəncam: Qurumlarda süni intellektlə bağlı müavin...
- Azərbaycan vətəndaşı Türkiyədə faciəvi şəkildə öldü - Foto
- Vüsalənin də verilişi bağlanır?
- İlham Əliyev sərəncam imzaladı
- Prezidentdən mühüm fərman
- Əlilliyi olan 6100 şəxsə evlərində reabilitasiya xidməti göstərilir
- Bu xanıma yüksək vəzifə verildi
- Dövlət Komitəsinin 8 Mart tədbiri ləğv olundu