Hakimləri tam dəstəkləyirəm və ABŞ-ın məhkəmə sistemimizə müdaxiləsinə qəti qarşıyam.
BUTA.TV xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.
“Biz ABŞ Dövlət Departamentinin qərarında heç bir sübut görmədik. Bu məsələ məndə böyük bir sual yaradır. Kədərli və anlaşılmazdır. Düşünürəm ki, həqiqət üzə çıxacaq. Biz tərəfdaşlarımızla danışacağıq, heç bir sual cavabsız qalmayacaq. Hökumət hakimləri təzyiqlərdən qorumaq üçün əlindən gələni edəcək”, - Qaribaşvili bildirib.
Qeyd edək ki, ABŞ Gürcüstan Ali Ədliyyə Şurasının dörd üzvünə əhəmiyyətli korrupsiyada iştiraka görə viza sanksiyaları tətbiq etmişdi.
- Şamaxıda güclü zəlzələ: xəsarət alan var?
- AMEA-da yatanlarla, plagiatlarla hara gedirik? - Sabiq deputat
- Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu – SİYAHI
- Bu ərazilərə qar yağır
- Azərbaycanda güclü zəlzələ oldu
- Mart ayının havası: Bakıda 3 dərəcə şaxta...
- “Qanlı Ay” tutulması olacaq - Tarix
- Arıqlamaq üçün istifadə olunan çay və qəhvələrlə bağlı çağırış