Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanla arasında mayın ikinci yarısında baş tutmalı olan növbəti görüş böyük ehtimalla Vaşinqtonda keçiriləcək.
BUTA.TV xəbər verir ki, bu barədə “Past” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
“Vaşinqton platformasında danışıqların gələcəyi ilə bağlı tərəflərin yanaşmaları üst-üstə düşür. Görüşün təşəbbüskarı öz hərəkətlərində və problemə yanaşmalarında nəzərəçarpacaq dərəcədə fəal olan ABŞ-ın dövlət katibi Entoni Blinkendir”, - məlumatda deyilib.
Qeyd olunur ki, Avropa dairələri də görüş üçün fəallıq göstərir:
“Avropa Şurasının rəhbəri Şarl Mişel bu yaxınlarda Paşinyan və Əliyevlə iki ölkə arasındakı münasibətlər və danışıqlar prosesinin vəziyyəti ilə bağlı bir neçə telefon danışığı aparıb. Avropalılar qarşıdan gələn Ermənistan-Azərbaycan sammitinin onların himayəsi altında - yaxın həftələrdə Brüsseldə keçirilməsi üçün əllərindən gələni edirlər”.
- Azərbaycanda güclü zəlzələ oldu
- "Nar" ardıcıl 7 il Müştəri Loyallığı İndeksi üzrə lider olub
- Mart ayının havası: Bakıda 3 dərəcə şaxta...
- “Qanlı Ay” tutulması olacaq - Tarix
- Mənzil seçimləri “City Garden Narimanov”da faizsiz kreditlə...
- "Azercell"in Tiktok səhifəsi rəsmi təsdiq nişanı əldə edib
- Arıqlamaq üçün istifadə olunan çay və qəhvələrlə bağlı çağırış
- Şamaxıdakı qətllə bağlı cinayət işi açıldı