Azərbaycanda daha bir idman federasiyasının prezidenti dəyişir.
BUTA.TV Qol.az-a istinadən xəbər verir ki, bu gün Gənclər və İdman Nazirliyində Voleybol Federasiyasının prezidentliyinə seçki keçiriləcək.
2016-cı ildən qurumun prezidenti olan Cavid Qurbanov vəzifəsindən ayrılacaq. Azərbaycan Voleybol Federasiyasının yeni prezidenti isə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov olacaq.
Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olan Cavid Qurbanov bugünlərdə Azərbaycan Atletika Federasiyasının prezidenti seçilib.
- Şamaxıda güclü zəlzələ: xəsarət alan var?
- AMEA-da yatanlarla, plagiatlarla hara gedirik? - Sabiq deputat
- Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu – SİYAHI
- Bu ərazilərə qar yağır
- Azərbaycanda güclü zəlzələ oldu
- Mart ayının havası: Bakıda 3 dərəcə şaxta...
- “Qanlı Ay” tutulması olacaq - Tarix
- Arıqlamaq üçün istifadə olunan çay və qəhvələrlə bağlı çağırış