Maştağa qəsəbəsi, hava limanı yaxınlığında yerləşən köhnə Mirzə Hüseyn hamamı mühafizəsiz və baxımsız qalıb.
Məsələ ilə bağlı BUTA.TV-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən verilən açıqlamada hamamın dövlət qeydiyyatında olduğu bildirilib.
“Maştağa qəsəbəsində yerləşən 3187 inventar nömrəli hamam dövlət qeydiyyatındadır və ərazi xüsusi mülkiyyətdədir. Hazırda Dövlət Xidməti tərəfindən ölkə ərazisində yerləşən tarix-mədəniyyət abidələrində monitorinq aparılır, onların faktiki durumu, texniki vəziyyəti öyrənilir. Aparılan monitorinq tədbirlərindən sonra abidələrin qorunması, bərpa və konservasiyası ilə bağlı müvafiq tədbirlər görüləcəkdir”, - açıqlamada qeyd olunur.
- Bu otelin fəaliyyəti qismən məhdudlaşdırıldı - Video
- Prezident bu ölkələrə səfir təyin etdi
- Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü
- Gürcüstanda azərbaycanlı külli miqdarda heroinlə saxlanıldı
- Nazir direktoru işdən çıxardı - Yeni təyinat
- Daha bir avtobus yenilənir: Gediş haqqı...
- Sosial şəbəkələrə giriş üçün yaş məhdudiyyəti tətbiq edilir
- Prezident fərman imzaladı