Bu gün Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı planlaşdırılmış təxribatı baş verib. Bu, təsadüfi deyil, hazırlanmış əməliyyatdır və Ermənistan Silahlı Qüvvələrinin korpus komandirinin (yaralanıb) yerində olması da təsadüfi deyil.
BUTA.TV xəbər verir ki, bu barədə “Kaliber” məlumat yayıb.
“Ermənistanın Baş naziri Nikol Paşinyan dəfələrlə bəyan edib ki, Azərbaycan guya eskalasiya hazırlayır və bununla da, yəqin ki, sərhəd bölgəsində “kiçik qələbəli əməliyyat” ümidi ilə ordumuza qarşı aktiv əməliyyatlara zəmin yaradıb. Hərbçilərimiz Azərbaycan sərhədlərini möhkəm qoruyur və bir millimetr torpağı da düşmənə verməyib.
Bugünkü insident bir qrup erməni hərbçinin Azərbaycan mövqelərinə yaxınlaşaraq mühəndis-tikinti işlərini görməsi ilə başlayıb.
Hərbçilərimizin geri çəkilmə ilə bağlı sərt xəbərdarlığına cavab olaraq Ermənistan tərəfi mövqelərimizi intensiv atəşə tutub. Bundan sonra gərgin döyüş başlayıb.
Aydındır ki, Nikol Paşinyan hökuməti “AB missiyasının qoruyucu effektinə” inanaraq, bunu təxribatlar törətməyə lütf kimi qəbul edirdi. Yaranmış vəziyyətə görə bütün məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, - məlumatda qeyd olunub.
- Bu otelin fəaliyyəti qismən məhdudlaşdırıldı - Video
- Prezident bu ölkələrə səfir təyin etdi
- Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü
- Gürcüstanda azərbaycanlı külli miqdarda heroinlə saxlanıldı
- Nazir direktoru işdən çıxardı - Yeni təyinat
- Daha bir avtobus yenilənir: Gediş haqqı...
- Sosial şəbəkələrə giriş üçün yaş məhdudiyyəti tətbiq edilir
- Prezident fərman imzaladı