Ukrayna Silahlı Qüvvələri yayda işğal olunmuş əraziləri azad etmək üçün əks-hücum əməliyyatına başlaya bilər.
BUTA.TV xəbər verir ki, bu barədə ölkənin Baş naziri Denis Şmıqal məlumat verib.
Onun sözlərinə görə, Ukraynanın müttəfiqləri və tərəfdaşları ona hücumda təzyiq göstərmirlər:
"İndi ən güclü təzyiq ölkə daxilindən hiss olunur".
“Bütün dostlarımız və tərəfdaşlarımız yaxşı bilirlər ki, əks-hücuma keçmək üçün buna 100%, hətta daha çox da hazır olmaq lazımdır”, - Şmıqal deyib.
Qeyd edək ki, daha öncə yayılan məlumatlarda Ukrayna ordusunun may ayına kimi hücuma keçəcəyi bildirilirdi.
- Bu otelin fəaliyyəti qismən məhdudlaşdırıldı - Video
- Prezident bu ölkələrə səfir təyin etdi
- Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü
- Gürcüstanda azərbaycanlı külli miqdarda heroinlə saxlanıldı
- Nazir direktoru işdən çıxardı - Yeni təyinat
- Daha bir avtobus yenilənir: Gediş haqqı...
- Sosial şəbəkələrə giriş üçün yaş məhdudiyyəti tətbiq edilir
- Prezident fərman imzaladı