Aprelin 11-i İranın bir neçə şəhərinin 28 məktəbində yüzlərlə şagird zəhərlənib.
BUTA.TV xəbər verir ki, bu barədə yerli sosial media fəalları və şagirdlərin valideynləri məlumat yayıb.
Zəhərlənmə halları İsfahan, Şiraz, Qunavə, Zəncan, Təbriz, Məşhəd, Şahinşəhr və başqa şəhərlərdə baş verib.
Şahinşəhrdə zəhərlənmə xəbərinin yayılmaması üçün məktəbin qapısı bağlanıb, giriş-çıxışa icazə verilməyib.
Valideynlər şagirdlərə yardım məqsədilə qapını qırıb. Məktəb rəhbərliyi isə hadisə yerinə polis qüvvələri çağırıb. Valideynlərlə məmurlar arasında qarşıdurma yaşanıb.
- Füzulinin mərkəzində neçə ailə yaşayır?
- Azərbaycanın Bəhreynə təyin olunan yeni səfiri kimdir?
- Reabilitasiya müəssisəsinə infotur təşkil olundu
- Güclü külək fəsadlar törətdi: "Azərişıq" fasiləsiz çalışır - Video
- Kəlbəcərdə yeni turizm zonası yaradılacaq
- Bu otelin fəaliyyəti qismən məhdudlaşdırıldı - Video
- Prezident bu ölkələrə səfir təyin etdi
- Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü