Ermənistanın növbəti hərbi təxribatı ilə bağlı cinayət işi başlanılıb.
Hərbi Prokurorludan Axara.z-a bildirilib ki, 11.04.2023-cü il tarixdə Ermənistan tərəfinin növbəti təxribatı zamanı baş vermiş məlum hadisələr ilə əlaqədar olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılaraq təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.
Allahdan şəhidlərimizə rəhmət diləyir, doğmalarına dərin hüznlə başsağlığı veririk.
Vətən var olsun!
- Füzulinin mərkəzində neçə ailə yaşayır?
- Azərbaycanın Bəhreynə təyin olunan yeni səfiri kimdir?
- Reabilitasiya müəssisəsinə infotur təşkil olundu
- Güclü külək fəsadlar törətdi: "Azərişıq" fasiləsiz çalışır - Video
- Kəlbəcərdə yeni turizm zonası yaradılacaq
- Bu otelin fəaliyyəti qismən məhdudlaşdırıldı - Video
- Prezident bu ölkələrə səfir təyin etdi
- Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü