Aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini minaatanlar da daxil olmaqla müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib.
Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribatın qarşısı qətiyyətlə alınıb, atəş nöqtələri susdurulub və qarşı tərəf xeyli sayda itki verib. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən yaralanmış dörd hərbi qulluqçumuzdan ikisi əraziyə yaxın yerləşən hərbi tibb müəssisəsindən sanitar aviasiya vasitəsilə peşəkar həkimlərimizin ciddi nəzarəti altında ixtisaslaşdırılmış hərbi tibb müəssisəsinə təxliyə olunur.
- Füzulinin mərkəzində neçə ailə yaşayır?
- Azərbaycanın Bəhreynə təyin olunan yeni səfiri kimdir?
- Reabilitasiya müəssisəsinə infotur təşkil olundu
- Güclü külək fəsadlar törətdi: "Azərişıq" fasiləsiz çalışır - Video
- Kəlbəcərdə yeni turizm zonası yaradılacaq
- Bu otelin fəaliyyəti qismən məhdudlaşdırıldı - Video
- Prezident bu ölkələrə səfir təyin etdi
- Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü