Ötən gün gecə saatlarında Zəngəzur vilayətinin Qafan rayonunda mis-molibden mədənində çalışan bir mühafizəçi güllənib.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bundan sonra ərazidə yaşayan insanlar arasında təşviş artıb. Sakinlər Azərbaycan-Ermənistan sərhədində yaşanan son olaylardan sonra bu qətlin diversiya ola biləcəyi haqda fikirlər səsləndiriblər.
Onlar son vaxtlar əvvəlcə Qarakilsədə, sonra isə Zəngəzurun Bnunis kəndidə “azərbaycanlı hərbçilərin peyda olması” xəbərinə istinad edərək, bunun guya həmin əsgərlər tərəfindən törədilə biləcəyinə eyham vurublar.
Hadisənin ilk saatlarından rəsmi qurumlardan məlumat almaq mümkün olmayıb. Bu isə əhali arasında təşvişi daha da artırıb.
Daha sonra açıqlama verən Qacaran şəhər rəsmiləri hadisəni təsdiq ediblər. Bildirilib ki, olay zamanı 55-60 yaşlarında mühafizəçi tüfənglə vurulub. Cinayətkar onun telefonunu da oğurlayıb.
Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.
Diqqətçəkən məqam ermənilərin artıq ölkədaxili mülki konfliktlərdə də Azərbaycanı ittiham etməyə başlamasıdır. Bu isə xüsusən Zəngəzurda erməni əhalinin hansı psixoloji vəziyyətdə olduğunu müəyyən etməyə əsas verir.
- Vahid Qədim Ukraynada itkin düşüb? - Ağamirzə açıqladı
- Təxminən 70 il sonra bu dəmiryol sahəsi təmir olundu
- Ramazanın 10-cu günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycanın 79 şəhərindən 67-nin Baş planı təsdiq olundu
- Füzulinin mərkəzində neçə ailə yaşayır?
- Azərbaycanın Bəhreynə təyin olunan yeni səfiri kimdir?
- Reabilitasiya müəssisəsinə infotur təşkil olundu
- Güclü külək fəsadlar törətdi: "Azərişıq" fasiləsiz çalışır - Video