Rusiya xüsusi təyinatlıları Ukraynaya qarşı müharibədə döyüşçülərinin 90-95 faizini itirib.
BUTA.TV xəbər verir ki, bu barədə “Vaşinqton Post” bir neçə gün öncə sızdırılan kəşfiyyat məlumatlarına istinadla yazıb.
Bildirilib ki, Rusiya hərbi komandanlığı tabeliyində olan hərbi qruplaşmaların döyüş qabiliyyətinə şübhə ilə yanaşıb və buna görə də döyüşlərə elit birləşmələrin girməsini əmr edib.
Kəşfiyyat məlumatlarına əsasən, Rusiya xüsusi təyinatlılarının 5 briqadasından 4-ü böyük itki verib. Onlardan 3-nün şəxsi heyətinin 90-95 faizi məhv edilib.
ABŞ hesab edir ki, bu briqadaların yenidən bərpa olunması üçün azı 10 il vaxt lazımdır.
- Milli Məclisin adı səhvdir - Rafael Hüseynov
- Sərsəngdə 16 milyonluq təmir işlərinə başlanılır
- Vahid Qədim Ukraynada itkin düşüb? - Ağamirzə açıqladı
- Təxminən 70 il sonra bu dəmiryol sahəsi təmir olundu
- Ramazanın 10-cu günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycanın 79 şəhərindən 67-nin Baş planı təsdiq olundu
- Füzulinin mərkəzində neçə ailə yaşayır?
- Azərbaycanın Bəhreynə təyin olunan yeni səfiri kimdir?