Ermənistan komandamızın təhlükəsiz şəkildə qayıtmasını təmin etməlidir.
BUTA.TV xəbər verir ki, bunu Report-a açıqlamasında Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev deyib.
O bildirib ki, aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağının yandırılması səbəbindən yarışdan imtina edilib:
“Ermənistanda belə bir nifrət mühitinin hökm sürdüyü, təhlükəsizliyin təmin edilmədiyi bir şəraitdə psixoloji təzyiqlərə görə, Azərbaycan idmançılarının yarışlarda normal şəkildə iştirakı mümkünsüzdür. Bütün bunlar nəzərə alınaraq, Azərbaycan idmançılarının Vətənə qayıtması barədə qərar qəbul edilib. Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin bu barədə birgə bəyanatı var. Biz də bu bəyanata uyğun addımlar atırıq. Komandamız Azərbaycana qayıdır. Ermənistan komandamızın təhlükəsiz şəkildə qayıtmasını təmin etməlidir. Hazırda bu istiqamətdə addımlar atılır”.
- Ev tikmək istəyənlərin nəzərinə - Video
- Xanabadda 161 ev tam hazır vəziyyətə gətiriləcək
- Milli Məclisin adı səhvdir - Rafael Hüseynov
- Sərsəngdə 16 milyonluq təmir işlərinə başlanılır
- Vahid Qədim Ukraynada itkin düşüb? - Ağamirzə açıqladı
- Təxminən 70 il sonra bu dəmiryol sahəsi təmir olundu
- Ramazanın 10-cu günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycanın 79 şəhərindən 67-nin Baş planı təsdiq olundu