Ukrayna Silahlı Qüvvələri arxa cəbhədə Rusiyanın hərbi obyektlərinə zərbələr endirir.
BUTA.TV xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi (ISW) İnstitutu məlumat yayıb.
Bildirilir ki, Rusiya mənbələrinin iddialarına əsasən, Ukrayna qüvvələri Luqansk vilayətində arxadan zərbələr endirməkdə davam edir. Xüsusilə, Luqanskın Rubejnoye və Troitskoye yaşayış məntəqələri vurulub. Bundan əlavə, Zaporojye bölgəsində Rusiyanın arxa xətlərinə zərbələr endirilməsi məlumdur.
Həmçinin Rusiya ordusunun bölgənin arxa cəbhəsində təxribat fəaliyyətlərini artırdığı da qeyd edilir.
“Rusiya mənbələri aprelin 14-də Ukrayna qüvvələrinin Kupyansk-Svatovo xətti boyunca kəşfiyyat fəaliyyətini davam etdirdiyini də iddia edib”, - məlumatda deyilir.
- Ev tikmək istəyənlərin nəzərinə - Video
- Xanabadda 161 ev tam hazır vəziyyətə gətiriləcək
- Milli Məclisin adı səhvdir - Rafael Hüseynov
- Sərsəngdə 16 milyonluq təmir işlərinə başlanılır
- Vahid Qədim Ukraynada itkin düşüb? - Ağamirzə açıqladı
- Təxminən 70 il sonra bu dəmiryol sahəsi təmir olundu
- Ramazanın 10-cu günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycanın 79 şəhərindən 67-nin Baş planı təsdiq olundu