Əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yollarını azaraq Ermənistan tərəfə keçən və orada saxlanılan Azərbaycan hərbçilərinin yaxınları Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edərək onlardan Ermənistan hökumətinin hərbçilərin təhlükəsizliyini təmin etməyə və onlara tibbi yardım göstərilməsinə məcbur edilməsini tələb ediblər.
BUTA.TV xəbər verir ki, KİV-də Azərbaycan hərbçisinə qarşı zorakılıq faktlarını əks etdirən video və foto materialların yayılmasından sonra Hüseyn Axundov və Aqşin Bəbirovun yaxınları Ermənistana qarşı müvəqqəti tədbirlərin görülməsi tələbi ilə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediblər.
Müraciətdə Ermənistan hakimiyyətini dərhal Azərbaycan hərbçilərinin təhlükəsizliyini təmin etmək və onlara tibbi yardım göstərmək, habelə onların harada olması, saxlanma şəraiti və sağlamlıq vəziyyəti barədə məlumat verməyə məcbur etmək barədə tələblər yer alıb.
- Ev tikmək istəyənlərin nəzərinə - Video
- Xanabadda 161 ev tam hazır vəziyyətə gətiriləcək
- Milli Məclisin adı səhvdir - Rafael Hüseynov
- Sərsəngdə 16 milyonluq təmir işlərinə başlanılır
- Vahid Qədim Ukraynada itkin düşüb? - Ağamirzə açıqladı
- Təxminən 70 il sonra bu dəmiryol sahəsi təmir olundu
- Ramazanın 10-cu günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycanın 79 şəhərindən 67-nin Baş planı təsdiq olundu