“Nar”ın dəstəyi ilə keçirilən “Breyn Rinq” bilik yarışının 21-ci mövsümü başlayıb.
BUTA.TV xəbər verir ki, yeni mövsümdə 9 region və 7 universiteti təmsil edən 20 komandanın iştirak etdiyi yarışı hər həftənin bazar günü saat 18:20-də İctimai Televiziyada yayımlanacaq.
Bu mövsümdən tətbiq edilən yeni qaydalara görə, həftənin qalibləri ayın final görüşündə üz-üzə gələcəklər. Ümumilikdə isə ayın qalibləri “Nar” kuboku uğurunda mübarizəyə qoşula biləcək. İlin sonunda isə “Bilik” kuboku və “Nar” kubokunun qalibləri, yəni 2 komanda Azərbaycan çempionu titulu uğrunda yarışır.
Qeyd edək ki, ölkənin intellektual inkişafına dəstəyinin ifadəsi olaraq, “Nar” artıq 11 ildir ki, “Breyn Rinq” yarışını dəstəkləməyə davam edir. Mobil operatorun dəstəklədiyi digər sosial layihələr haqqında ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.
Qeyd edək ki, “Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
- Ev tikmək istəyənlərin nəzərinə - Video
- Xanabadda 161 ev tam hazır vəziyyətə gətiriləcək
- Milli Məclisin adı səhvdir - Rafael Hüseynov
- Sərsəngdə 16 milyonluq təmir işlərinə başlanılır
- Vahid Qədim Ukraynada itkin düşüb? - Ağamirzə açıqladı
- Təxminən 70 il sonra bu dəmiryol sahəsi təmir olundu
- Ramazanın 10-cu günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycanın 79 şəhərindən 67-nin Baş planı təsdiq olundu