Fransada Respublika naminə Marian Fondu məsələsi getdikcə daha da qabarır.
BUTA.TV xəbər verir ki, respublika dəyərlərini təbliğ etmək və separatçı çıxışlara qarşı, xüsusilə də sosial şəbəkələrdə və onlayn platformalarda mübarizə aparmaq üçün insanları və assosiasiyaları maliyyələşdirmək məqsədilə dövlət Respublika naminə Marian Fonduna 2,5 milyon avro köçürüb.
Separatçılığa qarşı mübarizə pərdəsi altında Fond pullarının prezident və parlament seçki kampaniyaları zamanı Emmanuel Makronun əleyhdarlarına qarşı siyasi məzmunlu təbliğata sərf edildiyi üzə çıxıb.
"Marianne" jurnalı və "Frans 2" telekanalının birgə araşdırmasına görə, dövlət vəsaitindən bəhrələnənlərin siyahısı gizli saxlanılıb.
Qeyd edək ki, sözügedən fond 2021-ci ildə vətəndaşlıq məsələləri üzrə nazir Marlen Şiappa tərəfindən respublika dəyərlərinin təbliğ etmək və gənclər arasında separatçı çıxışlara qarşı mübarizə aparmaq üçün yaradılıb.
- Rusiya Azərbaycana yeni ticarət nümayəndəsi təyin etdi
- Ev tikmək istəyənlərin nəzərinə - Video
- Xanabadda 161 ev tam hazır vəziyyətə gətiriləcək
- Milli Məclisin adı səhvdir - Rafael Hüseynov
- Sərsəngdə 16 milyonluq təmir işlərinə başlanılır
- Vahid Qədim Ukraynada itkin düşüb? - Ağamirzə açıqladı
- Təxminən 70 il sonra bu dəmiryol sahəsi təmir olundu
- Ramazanın 10-cu günü: Dua, imsak və iftar vaxtı...