İran öz məqsədlərinə çatmaq üçün çox zaman terror və təhdid yolunu seçir. Azərbaycanla bu tərz davranış nəticə vermədiyindən, diplomatiyanı işə saldı.
Bu sözləri BUTA.TV-a tanınmış güneyli araşdırmaçı və publisist Abdulla Əmir Haşimi Cavanşir İran-Azərbaycan danışıqlarının növbəti mərhələsini şərh edərkən deyib.
O bildirib ki, İranın rəsmi dairələrinin son günlər qonşuluq münasibətlərindən söz açması Azərbaycan diplomatiyasının uğurudur:
“Bakının prinsipial mövqeyi Tehranı geriyə addım atmağa məcbur etdi. Öz dedikləri kimi, İran-Azərbaycan danışıqlarında nisbi uğur əldə olundu. Lakin İranla məsələdə işi ehtiyatlı tutmaq lazımdır. Çünki çox vaxt dediyi ilə əməli düz gəlmir. İranın səmimiyyətinə inanmaq istərdik. İlk növbədə Ermənistanla Azərbaycana qarşı işbirliyindən əl çəkməli və Bakıya qarşı xoş niyyətini göstərməlidir. Əks halda diplomatik münasibətlər yenidən sarsıla bilər”, - o qeyd edib.
- Rusiya Azərbaycana yeni ticarət nümayəndəsi təyin etdi
- Ev tikmək istəyənlərin nəzərinə - Video
- Xanabadda 161 ev tam hazır vəziyyətə gətiriləcək
- Milli Məclisin adı səhvdir - Rafael Hüseynov
- Sərsəngdə 16 milyonluq təmir işlərinə başlanılır
- Vahid Qədim Ukraynada itkin düşüb? - Ağamirzə açıqladı
- Təxminən 70 il sonra bu dəmiryol sahəsi təmir olundu
- Ramazanın 10-cu günü: Dua, imsak və iftar vaxtı...