Avropada yaşayan Güney Azərbaycan türkləri yenidən bir araya gələcək. “Azadlıq, Ədalət” Yürüşündən qısa vaxt sonra azərbaycanlılar yeni aksiya keçirtmək niyyətindədir.
Bu barədə BUTA.TV-a “Azadlıq, Ədalət” Yürüşünün sözçüsü Şərifə Cəfəri məlumat verib.
O bildirib ki, aksiyanın keçiriləcəyi yer və tarix bəllidir:
“Güney azərbaycanlılar mayın 20-də Berlində aksiya keçirməyə hazırlaşır. Aksiya yerli vaxtla saat 14-dən 17-dək baş tutacaq. Koordinasiya Mərkəzi müəyyən olunub. Lakin onların iş bölgüsü və bəzi detallar yaxın günlərdə açıqlanacaq”.
Şərifə Cəfəri aksiyanın tarixinin təsadüfən seçilmədiyini diqqətə çatdırıb:
“Aksiyanın Güney Azərbaycanda baş verən Xurdad qiyamı ərəfəsində keçirilməsi qərara alındı. Belə ki, 2006-cı il mayın 21-i Güney Azərbaycanda, Xurdatda etiraz aksiyası olub. Ayın 21-i həftə sonu olduğu üçün aksiya mayın 20-də keçiriləcək. Xurdat etirazı zamanı Sulduz şəhərində çoxlu şəhid və yaralılarımız oldu. “İran” qəzetinində türkləri təhqir edən karikaturaya etiraz edən yüz minlərlə azərbaycanlı küçələrə çıxıb bu addımı pislədi. Rejim isə etirazı qanla yatırtdı”
- İsmayıllıda 3 maşın toqquşdu: ölənlər var - Foto
- Tiktokda 1000 manat ödənişlə bağlı paylaşım: Həbs edildi - Foto
- Şamaxıda yenə hiss edilən zəlzələlər oldu
- General: Şuşa alındı, çiynimdən ağır yük götürüldü - Video
- Rusiya Azərbaycana yeni ticarət nümayəndəsi təyin etdi
- Ev tikmək istəyənlərin nəzərinə - Video
- Xanabadda 161 ev tam hazır vəziyyətə gətiriləcək
- Milli Məclisin adı səhvdir - Rafael Hüseynov