Bizim 2030-cu ilə qədər strateji planlamamızın əsasını ikinci Rusiya-Ukrayna müharibəsinə hazırlıq təşkil etməlidir.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç deyib.
“Rusiya Silahlı Qüvvələrinin qurulması ilə bağlı elan edilmiş planlara əsasən demək olar ki, Moskva artıq müharibənin növbəti fazasına hazırlaşır. İkinci çeçen müharibəsi var idi, ikinci Ukrayna müharibəsi də istəyirlər. Səhvlərdən nəticə çıxarıb Ukrayna məsələsini bağlamağa çalışırlar. Bunun qarşısını almağın ən yaxşı yolu, güclü olmaqdır. Biz çox güclü olmalıyıq, amma görünür ki, hamımız birlikdə hazırlaşmaq əvəzinə daha bir dağınıqlıq və oğurluq dövrü keçirəcəyik. Bəli, Qərbdən kömək var, lakin İsrail tarixinin diqqətlə öyrənilməsi məni çoxdan inandırdı ki, yalnız özünüzə arxalana bilərsiniz. Səfərbərlik tipli iqtisadi və hökumət qərarlarına hazırıqmı? Əmin deyiləm”, - Arestoviç bildirib.
- İsmayıllıda 3 maşın toqquşdu: ölənlər var - Foto
- Tiktokda 1000 manat ödənişlə bağlı paylaşım: Həbs edildi - Foto
- Şamaxıda yenə hiss edilən zəlzələlər oldu
- General: Şuşa alındı, çiynimdən ağır yük götürüldü - Video
- Rusiya Azərbaycana yeni ticarət nümayəndəsi təyin etdi
- Ev tikmək istəyənlərin nəzərinə - Video
- Xanabadda 161 ev tam hazır vəziyyətə gətiriləcək
- Milli Məclisin adı səhvdir - Rafael Hüseynov