Tarix fənni ilə bağlı metodik yanaşmalar dəyişməlidir.
BUTA.TV xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Heydər Əliyev ili” çərçivəsində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan - Türk torpaqları olan Zəngəzur həqiqətləri” mövzusunda konfransda deyib.
Nazir bildirib ki, Azərbaycan dərsliklərindəki tarixə aid mətnlər kifayət qədər mürəkkəbdir:
“Mətnlərin aydın yazılması onun bəsit yazılması demək deyil. Bu baxımdan Tarix fənni ilə bağlı metodik yanaşmalar dəyişməlidir. Bu fənn maraqlı olmalıdır ki, şagirdlər onu həvəslə oxusun.Yeni texnologiyalar yeni məzmunlar gətirib və bütün bunları nəzərə alaraq zəruri olan məzmunu şagirdlərə düzgün şəkildə çatdırmalıyıq”.
- İsmayıllıda 3 maşın toqquşdu: ölənlər var - Foto
- Tiktokda 1000 manat ödənişlə bağlı paylaşım: Həbs edildi - Foto
- Şamaxıda yenə hiss edilən zəlzələlər oldu
- General: Şuşa alındı, çiynimdən ağır yük götürüldü - Video
- Rusiya Azərbaycana yeni ticarət nümayəndəsi təyin etdi
- Ev tikmək istəyənlərin nəzərinə - Video
- Xanabadda 161 ev tam hazır vəziyyətə gətiriləcək
- Milli Məclisin adı səhvdir - Rafael Hüseynov