İşğaldan azad edilən Tərtər rayonunun Talış kəndində Ailə Sağlamlıq Mərkəzi (ASM) fəaliyyətə başlayıb.
Bu barədə BUTA.TV-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumat verilib.
Bildirilib ki, Ailə Sağlamlıq Mərkəzi TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Tərtər Rayon Mərkəzi Xəstəxanasının nəzdində yaradılıb.
Mərkəzin binası təmirdən sonra istifadəyə verilib və 5 otaqdan ibarətdir. Müəssisə bütün zəruri tibbi avadanlıqlar və vasitələrlə təmin edilib. Eyni zamanda ASM-də təcili və təxirəsalınmaz tibbi yardım xidməti təşkil edilib, ambulansla təchiz olunub.
Tibb müəssisəsində Tərtər Rayon Mərkəzi Xəstəxanasından ezam olunan 16 nəfər (tibb və qeyri-tibb) növbəlilik əsasında xidmət göstərəcək. Hər növbədə həkim, tibb bacısı, sürücü və xadimə 24 saat fasiləsiz vətəndaşların xidmətində olacaq.
- İsmayıllıda 3 maşın toqquşdu: ölənlər var - Foto
- Tiktokda 1000 manat ödənişlə bağlı paylaşım: Həbs edildi - Foto
- Şamaxıda yenə hiss edilən zəlzələlər oldu
- General: Şuşa alındı, çiynimdən ağır yük götürüldü - Video
- Rusiya Azərbaycana yeni ticarət nümayəndəsi təyin etdi
- Ev tikmək istəyənlərin nəzərinə - Video
- Xanabadda 161 ev tam hazır vəziyyətə gətiriləcək
- Milli Məclisin adı səhvdir - Rafael Hüseynov