Türk Hava Yollarının (THY) markası olan AnadoluJet İzmirdən Bakıya uçuşlara başlayıb.
BUTA.TV xəbər verir ki, THY mətbuat xidmətinin yaydığı məlumata görə, iyunun 16-dan etibarən İzmir Adnan Menderes Hava Limanı ilə Heydər Əliyev Beynəlxalq Aeroportu arasında həftədə üç gün qarşılıqlı uçuşlar həyata keçiriləcək.
THY baş direktorunun kommersiya üzrə müavini Kərəm Sarp yeni uçuş nöqtəsi ilə qardaş Azərbaycanla əlaqələri daha da gücləndirməkdən məmnunluğunu ifadə edib. “Bir millət, iki dövlət olaraq gördüyümüz qardaş xalqları paytaxt Bakıya İstanbul və Ankaradan sonra İzmir üzərindən bağlanaraq salamlayırıq. Bununla Türkiyə ilə Azərbaycan arasında ticari və mədəni dostluğun möhkəmlənməsinə də imkan yaradırıq”, - deyə Kərəm Sarp vurğulayıb.
AnadoluJet-in İzmir-Bakı reysləri ilə bağlı ətraflı məlumatı "anadolujet.com" internet ünvanından əldə etmək olar.
- "Azercell" tariflərini yenilədi: qiymətlər dəyişdi
- “Azərsun Holdinq” “Azərbaycan Uşaqları”na dəstək verəcək
- Bayram gəlir, yaz gəlir, Tamla endirim gəlir
- FHN növbəti şərti yanğın təlimi keçirdi - Video
- Yeni sədrdən tapşırıq: Qohumlar bir yerdə işləyə bilməyəcək
- İranı satmaqda ittiham olunan Qaani danışdı
- “İlqar Məmmədovun yüngül həyat tərzinə meylli qadınların...” – Deputatdan sərt cavab
- Ərəb ölkələri cavab verə bilər: Bəs, İran niyə vurur?