Sosial şəbəkələrdə Koroğlu-Buzovna xətti üzrə hərəkət edən 107 saylı avtobus marşrutunun özünəməxsus gediş tarifləri müəyyənləşdirdiyi haqqında məlumat yayılıb.
BUTA.TV xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Trend-ə verilən açıqlamada Ayşən-LTD MMC-nin istismarında olan 107 saylı müntəzəm marşrut xətti üzrə avtobuslarda gediş haqqının Tarif Şurasının müvafiq qərarına əsasən məsafəyə uyğun olaraq müəyyən edildiyi bildirilib.
“Bu xətt üzrə Buzovna qəsəbəsi (Əli Ayağı ziyarətgahı) - “Koroğlu” NMM və əks istiqamətdə gediş haqqı 0.60 azn, Buzovna qəsəbəsi (Əli Ayağı ziyarətgahı) - Sabunçu qəsəbəsi 0.50 azn, Buzovna qəsəbəsi (Əli Ayağı ziyarətgahı) - Maştağa Zabrat yolu istiqamətində isə gediş haqqı 0.40 AZN-dir. Daşıyıcı da bu qərara əsasən avtobusun salonunda müvafiq məlumatları yerləşdirib”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, 107 saylı müntəzəm marşrut xətti üzrə gediş haqqının ödənişi hələ ki nağd formada həyata keçirilir.
- Səhiyyə Nazirliyindən Naxçıvandakı hadisə ilə bağlı açıqlama
- Hərəkətdə olan sərnişin qatarlarına 5 dəfə daş atılıb
- “Səsiniz olaq” adlı inklüziv layihədən 400-dən çox şəxs faydalanıb
- Beyləqanda qızlar üçün STEM dərslərinə start verilir
- "Azercell" tariflərini yenilədi: qiymətlər dəyişdi
- “Azərsun Holdinq” “Azərbaycan Uşaqları”na dəstək verəcək
- Bayram gəlir, yaz gəlir, Tamla endirim gəlir
- FHN növbəti şərti yanğın təlimi keçirdi - Video