Zaporojyedəki separatçıların “baş nazirinin müavini” Vladimir Yepifanovun avtomobili partlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Baza” məlumat yayıb.
Məlumata görə, Yepifanovun idarə etdiyi “Land Kruzer” markalı avromobilin qaz balonu partlayıb. Partlayış nəticəsində Yepifanov idarəetməni itirib və avtomobil yol kənarındakı maneəyə çırpılıb.
Avtomobildə Yepifanovla yanaşı, onun katibi və mühafizəçisi də olub. Hər üç şəxs müxtəlif dərəcəli yanıq xəsarəti alıb.
Hazırda Yepifanov həkim nəzarəti altındadır.
- İranın Naxçıvana hücumu ilə bağlı - Yeni video
- İlham Əliyev fərman imzaladı
- İran səfiri XİN-ə çağırıldı - Təcili
- İran dronu Naxçıvan aeroportuna düşdü - Anbaan video
- Naxçıvana hücum: iki nəfər xəsarət alıb - Rəsmi
- Naxçıvana neçə PUA ilə hücum edilib? – İran səfirliyi
- Səhiyyə Nazirliyindən Naxçıvandakı hadisə ilə bağlı açıqlama
- Hərəkətdə olan sərnişin qatarlarına 5 dəfə daş atılıb