ABŞ Rusiyada keçiriləcək prezident seçkisi ərəfəsində ölkənin daxili siyasi vəziyyətini pozmağı qarşısına məqsəd qoyub.
BUTA.TV xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Suveren ölkələrin daxili işlərinə qarışmanın çirkin praktikası davam edir, bu cür müdaxilənin formaları hədə-qorxu, şantaj, rəngli inqilabların təşkili kimi çox müxtəlifdir. 2014-cü ildə Ukraynada uğur qazanan qanlı dövlət çevrilişini 6 ildən sonra Belarusda təkrarlanmağa cəhd etdilər. Uğursuz alındı. Aydındır ki, bununla kifayətlənməyəcəklər. Xüsusilə gələn il keçiriləcək prezident seçkisi kontekstində ölkəmizdə daxili siyasi sabitliyin pozulmasını açıq şəkildə qarşılarına məqsəd qoyublar”, - o bildirib.
- İranın Naxçıvana hücumu ilə bağlı - Yeni video
- İlham Əliyev fərman imzaladı
- İran səfiri XİN-ə çağırıldı - Təcili
- İran dronu Naxçıvan aeroportuna düşdü - Anbaan video
- Naxçıvana hücum: iki nəfər xəsarət alıb - Rəsmi
- Naxçıvana neçə PUA ilə hücum edilib? – İran səfirliyi
- Səhiyyə Nazirliyindən Naxçıvandakı hadisə ilə bağlı açıqlama
- Hərəkətdə olan sərnişin qatarlarına 5 dəfə daş atılıb