Ötən gün Ukrayna qoşunları cəbhənin ən azı üç istiqamətində uğurlu əks-hücum əməliyyatları həyata keçirib.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müharibəni Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Ruslar Ukrayna ordusunun Baxmutun şimal-qərb, şimal-şərq və cənub-qərb istiqamətində hücumlarını davam etdirdiyini bildirib. Ukrayna Krasnopolovka yaxınlığında (Baxmutdan təxminən 12 km şimal-şərqdə) irəliləyib.
Kiyev rəsmiləri isə son bir həftə ərzində ordunun Zaporojye istiqamətində 7 km-ə qədər irəlilədiyini və 113 kvadratmetr ərazini azad etdiyini vurğulayıb. O cümlədən Donetsk və Zaporojye vilayətlərinin qərbində 8 yaşayış məntəqəsi də azad edilib.
Ötən günün geolokasiya görüntüləri isə təsdiq edir ki, Ukrayna qüvvələri Zaporojye vilayətinin qərbində, Orexovdan təxminən 25 kilometr cənub-qərbdə yerləşən Pyatixatkini azad edib”, - məlumatda deyilib.
- Azərbaycanlı hərbçilər İran ordusunu tərk edir - Təcili
- Naxçıvana hücum: Yaralananlardan birinin kimliyi bəlli oldu
- Temperatur 17 dərəcəyə yüksələcək
- İranın hücumu ilə bağlı MN-dən açıqlama: Cavab olacaq!
- İranın Naxçıvana hücumu ilə bağlı - Yeni video
- İlham Əliyev fərman imzaladı
- İran səfiri XİN-ə çağırıldı - Təcili
- İran dronu Naxçıvan aeroportuna düşdü - Anbaan video