Konstitusiya Məhkəməsinin hakimlərinə aid yaş senzi ilə bağlı məhdudiyyət aradan qaldırılır.
BUTA.TV xəbər verir ki, bununla bağlı “Konstitusiya Məhkəməsi haqqında” qanuna dəyişiklik təklif edilir.
Dəyişikliklər mövcud normaların qanunvericilik sisteminə uyğunlaşdırılması və təkmilləşdirməsi məqsədi ilə hazırlanıb.
Belə ki, 11-ci maddədə olan dəyişiklik Konstitusiya Məhkəməsinin hakimlərinə aid yaş senzi ilə bağlı məhdudiyyətin aradan qaldırılmasını, 32-ci və 34-cü maddələrə dair dəyişikliklər Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən sorğu və şikayətlərə baxılması şərtlərinin dəqiqləşdirilməsini, 35-ci maddəyə təklif olunan dəyişiklik isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə verilən sorğu, müraciət və ya şikayətlərə qoşulan sənədlərin siyahısına sorğu və müraciətlərlə əlaqədar şərh edilməsi xahiş olunan normativ hüquqi aktın surətinin əlavə edilməsini nəzərdə tutur.
- Azərbaycanlı hərbçilər İran ordusunu tərk edir - Təcili
- Naxçıvana hücum: Yaralananlardan birinin kimliyi bəlli oldu
- Temperatur 17 dərəcəyə yüksələcək
- İranın hücumu ilə bağlı MN-dən açıqlama: Cavab olacaq!
- İranın Naxçıvana hücumu ilə bağlı - Yeni video
- İlham Əliyev fərman imzaladı
- İran səfiri XİN-ə çağırıldı - Təcili
- İran dronu Naxçıvan aeroportuna düşdü - Anbaan video