Bakı şəhərində taksi sürücülərinin qeyri-etik hərəkətləri və qanunsuz fəaliyyətləri ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
DİN-in mətbuat xidmətindən BUTA.TV-a bildirilib ki, daha bir neqativ halla bağlı daxil olan müraciət üzrə “Hunday-Accent” markalı 77-CS-641 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla məlum olub ki, taksi sürücüsü 1994-cü il təvəllüdlü Məhəmməd Bəxtiyar oğlu Rzayev iyunun 11-də saat 03 radələrində 25 yaşlı xanımın hava limanı istiqamətinə sifariş qəbul etməklə digər ünvana hərəkəti dəyişdirməklə yolda ona qarşı qeyri-etik hərəkətlər edib.
Onun barəsində Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi başlanılmaqla həbs edilib.
İstintaq hərəkətləri davam etdirilir.
- “Araş”la Naxçıvanı dağıtdıq: bu, xəbərdarlıq idi - SEPAH
- Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev
- Turan İnformasiya Agentliyi fəaliyyətini bərpa etdi
- Sənəd qəbulunun vaxtı uzadıldı
- Naxçıvandan uçuşlar dayandırıldı
- Naxçıvana bütün reyslər ləğv edildi
- ARDNF-də yüksək vəzifəyə təyinat
- Naxçıvana hücumla bağlı cinayət işi açıldı