İclas: Kəmaləddin Heydərovun təklifi qəbul edildi

20:46 - 20 İyun 2023 - GÜNDƏM

 İclas: Kəmaləddin Heydərovun təklifi qəbul edildi

Azərbaycan Taekvondo Federasiyasının (ATF) İdarə Heyətinin növbəti iclası keçirilib.

ATF-dən BUTA.TV-a verilən məlumata görə, iclasda cari məsələlər müzakirə olunub.

Həmçinin, qurumun fəaliyyətinin yüksəldilməsi və idarəetmədə səmərəliliyin artırılması məqsədilə federasiyanın prezidenti və İdarə Heyətinin sədri Kəmaləddin Heydərov vitse-prezidentlərin say tərkibinin artırılmasını təklif edib, Hikmət Səmədovla Elşən Ələkbərovun bu vəzifə üçün namizədliklərini irəli sürüb.

Azərbaycan Taekvondo Federasiyasının Ümumi Yığıncağında təkliflər səsə qoyularaq qəbul edilib.

Bu xəbər hal-hazırda çox oxunur
İranı satmaqda ittiham olunan Qaani danışdı

Beləliklə, hər iki şəxs qurumun yeni vitse-prezidentləri seçiliblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol