Bakının Nərimanov rayonunda Rza və Milad adlı iranlı narkotacirlərin şəbəkəsinə daxil olan 4 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BUTA.TV-a verilən xəbərə görə, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyatlar həyata keçirilib.
Tədbir zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Elmar Məmişov saxlanılıb. Onun üzərində axtarış aparılan zaman 5 kiloqrama yaxın narkotik vasitə olan heroin aşkar edilib. İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı isə paytaxt ərazisində narkotik vasitələrin satışını təşkil edən dəstə üzvləri – Niyazi Quliyev, Nazim Novruzov və Ziya Zakirov da tutularaq istintaqa təqdim ediliblər.
Bu şəxslərdən isə ümumilikdə 2 kiloqram narkotik vasitə olan heroin aşkar olunub. Saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkələrdə tanışı olduqları şəxsiyyətləri istintaqla araşdırılan Rza və Milad adlı İran vətəndaşlarından maddi gəlir qarşılığında satmaq məqsədi ilə əldə etdiklərini və narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.
Bu şəxslər barəsində İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
- Ordumuz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib - Prezident
- Ordumuz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib - Prezident
- Ordumuz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib - Prezident
- Naxçıvana dron hücumu ilə bağlı İrandan ilk açıqlama
- “Araş”la Naxçıvanı dağıtdıq: bu, xəbərdarlıq idi - SEPAH
- Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev
- Turan İnformasiya Agentliyi fəaliyyətini bərpa etdi
- Sənəd qəbulunun vaxtı uzadıldı