Qadın həbsxanasında yanğın: 41 məhkum öldü

01:58 - 21 İyun 2023 - GÜNDƏM

 Qadın həbsxanasında yanğın: 41 məhkum öldü

Hondurasın Fransisko Morazan departamentinin Tamara ərazisində yerləşən “Cefas" Qadın Sosial Adaptasiya Mərkəzində baş verən qarşıdurma zamanı 41 məhbus ölüb.

BUTA.TV xarici mediaya istinadən xəbər verir ki, iğtişaş məhkumlardan birinin atəş açmasından sonra baş verib.

Qarşıdurma zamanı həbsxanada yanğın baş verib. İddiaya görə, məhkumlardan bir çoxu yanaraq ölüb.

Səlahiyyətli orqanlar ölənlərin kimliyini araşdırmağa başlayıb.

Bu xəbər hal-hazırda çox oxunur
İranı satmaqda ittiham olunan Qaani danışdı

Qeyd edilir ki, 2012-ci ildən bəri Hondurasda həbsxanada baş verən yanğınlarda 350-dən çox insan həlak olub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol