Rusiya Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı gərginliyi artırır.
BUTA.TV xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Musienko ABŞ Prezidenti Co Baydenin Rusiyanın nüvə silahından istifadə edə biləcəyi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.
"ABŞ Prezidenti Co Bayden bu barədə danışırsa, bu, məhz Rusiya nüvə silahlarının Belarusa ötürülməsi və Zaporojye AES ilə bağlı risklərin artması ilə bağlıdır. Rusiya dəhşətli cinayət törətdikdən və Kaxovka SES-i partlatdıqdan sonra aydındır ki, onlar hazırda ikinci ssenariyə - nüvə silahı şantajına yenidən başlayacaqlar", - ekspert vurğulayıb.
Onun fikrincə, rusların belə addımlar ata biləcəyinə hazır olmaq lazımdır.
- “Araş”la Naxçıvanı dağıtdıq: bu, xəbərdarlıq idi - SEPAH
- Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev
- Turan İnformasiya Agentliyi fəaliyyətini bərpa etdi
- Sənəd qəbulunun vaxtı uzadıldı
- Naxçıvandan uçuşlar dayandırıldı
- Naxçıvana bütün reyslər ləğv edildi
- ARDNF-də yüksək vəzifəyə təyinat
- Naxçıvana hücumla bağlı cinayət işi açıldı