Qərb silahları sayəsində Ukrayna Silahlı Qüvvələri hücumun birinci mərhələsini başa vurub və əsas hücuma hazırdır. Bununla belə, tədricən hərəkət etmək və gücü sona qədər saxlamaq vacibdir.
BUTA.TV xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert Oleq Jdanov məlumat verib.
O vurğulayıb ki, ruslar dayanmayacaqlar, ona görə də arxayınlaşmaq olmaz:
"Deyərdim ki, bu, əslində həyata keçirdiyimiz hücumun birinci mərhələsidir. Biz döyüşlə kəşfiyyat apardıq, demək olar ki, dayaq xəttini keçdik.
Bu gün hərbi əməliyyatların intensivliyi azalıb, lakin Ukrayna Silahlı Qüvvələri hələ də rusları müdafiə olunmağa məcbur edir və onları bir neçə istiqamətdə darmadağın edir. Eyni dərəcədə ukraynalı müdafiəçilər düşmən logistikasını və maddi-texniki təchizatını sistematik şəkildə məhv edir", - Jdanov bildirib.
- Ordumuz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib - Prezident
- Naxçıvana dron hücumu ilə bağlı İrandan ilk açıqlama
- “Araş”la Naxçıvanı dağıtdıq: bu, xəbərdarlıq idi - SEPAH
- Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev
- Turan İnformasiya Agentliyi fəaliyyətini bərpa etdi
- Sənəd qəbulunun vaxtı uzadıldı
- Naxçıvandan uçuşlar dayandırıldı
- Naxçıvana bütün reyslər ləğv edildi