Bakıda və Abşeron yarımadasında iyulun 27-də hava dəyişkən buludlu olacaq.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, hava əsasən yağmursuz olacaq.
Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-25° isti, gündüz 27-32° isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaq.
- Daha 200-ə yaxın vətəndaşımız təxliyə edilir
- Ara məsafəsi saxlamayan sürücülərin törətdiyi qəzalar – Video
- Azərbaycan İrana humanitar yardım göndərdi
- Bu gün Yel çərşənbəsidir
- Ramazanın 20-ci günü: Dua, imsak və iftar vaxtı...
- İtkin düşən 88 yaşlı kişi axtarılır - Foto
- Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı - Video
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi