Paşinyan keçirdiyi mətbuat konfransında Qarabağ ermənilərini başa salmaq istəyirdi ki, ona arxalanmasınlar. Nikol onlara dedi ki, vəziyyətdən özünüz çıxın. Mən 29,8 kvadrat kilometr ərazinin baş naziriyəm... Bundan daha alçaldıcı mətbuat konfransı xatırlamıram.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın Demokratik Alternativ Partiyasının sədri Suren Surenyants deyib
“O, ilk növbədə Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında Moskva danışıqlarının mənfi kontekstini ictimai hay-küylə ört-basdır etmək istəyib. Əgər bu danışıqlar başqa yerdə aparılsaydı, o, yenə də eyni şeyi edərdi. İkincisi, Paşinyan Qarabağ ermənilərinə demək istəyirdi ki, nə ona, nə də beynəlxalq aləmə arxalansınlar. Üstəlik, o, qarabağlıları “badımcan əkmədiklərinə” görə tənqid edib və onlara köçürülən pulları alacağı ilə hədələyib”, - o bildirib.
- Daha 200-ə yaxın vətəndaşımız təxliyə edilir
- Ara məsafəsi saxlamayan sürücülərin törətdiyi qəzalar – Video
- Azərbaycan İrana humanitar yardım göndərdi
- Bu gün Yel çərşənbəsidir
- Ramazanın 20-ci günü: Dua, imsak və iftar vaxtı...
- İtkin düşən 88 yaşlı kişi axtarılır - Foto
- Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı - Video
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi