AB-nin aviasiyasının “qara siyahısı”ndan çıxmaq üçün Ermənistan problemlərinin ən azı yarısını həll edib.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib.
“Gələn il Ermənistanın aviasiya sektoruna 1,6 milyard dramın ayrılması planlaşdırılır. “Qara siyahı”dan çıxmaq baxımından kifayət qədər aktiv fazaya daxil olmuşuq. Qarşılaşdığımız problemlərin ən azı yarısını həll etmişik. İndi digər yarısını həll etməklə məşğuluq. Ayrılan vəsait təlimlər və müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulub”, - o bildirib.
Qeyd edək ki, Ermənistan aviasiyası 2020-ci ilin iyun ayından AB-nin “qara siyahısı”ndadır.
- Daha 200-ə yaxın vətəndaşımız təxliyə edilir
- Ara məsafəsi saxlamayan sürücülərin törətdiyi qəzalar – Video
- Azərbaycan İrana humanitar yardım göndərdi
- Bu gün Yel çərşənbəsidir
- Ramazanın 20-ci günü: Dua, imsak və iftar vaxtı...
- İtkin düşən 88 yaşlı kişi axtarılır - Foto
- Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı - Video
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi